“Təkrar səsvermə hakimiyyətin maraqlarına uyğun deyil” – “Güclü Ermənistan” nümayəndəsi
Ermənistanda ləğv edilmiş nəticələrin qeydə alındığı seçki məntəqələrində təkrar səsvermənin keçirilməsi məsələsi gündəmdədir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Güclü Ermənistan” siyasi partiyasının nümayəndəsi Aram Vardevanyan Mərkəzi Seçki Komissiyası qarşısında keçirilən mitinq zamanı bildirib ki, əgər MSK həqiqətən müstəqil qurum olsaydı, nəticələri ləğv edilmiş məntəqələrdə yenidən səsvermənin keçirilməsi gözlənilən olardı.
Hüquqşünas qeyd edib ki, bu məsələ qanunvericilikdə açıq şəkildə öz əksini tapıb. O, həmçinin komissiyanın iclasının yekunlaşmasını və yekun qərarın açıqlanmasını gözləməyə çağırıb.
Hazırda MSK-nın iclası davam edir və müxalif siyasi qüvvələrin müraciətlərinə baxılır.
20:25 14.06.2026
Oxunuş sayı: 49