Trampdan diqqətçəkən paylaşım
ABŞ prezidenti Donald Trampın “Truth Social” platformasında paylaşdığı yeni vizual sosial mediada diqqət çəkib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Paylaşımda Tramp ABŞ hərbi gəmiləri və döyüş təyyarələrinin fonunda təsvir olunub. Şəklin üzərində isə ingilis dilində “Nə baş verdiyini anlaya bilməyəcəksən” ifadəsi yer alıb.
Paylaşımın məzmunu ilə bağlı əlavə izahat verilməsə də, bu, ABŞ-nin hərbi imkanlarına və strateji üstünlüyünə işarə edən simvolik mesaj kimi dəyərləndirilir.
19:05 14.06.2026
Oxunuş sayı: 68