İran nümayəndə heyətinin 4 üzvü ABŞ vizası aldı
ABŞ-da keçiriləcək dünya çempionatı ilə əlaqədar İran nümayəndə heyətinin 15 üzvünə ilkin mərhələdə viza verilməyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, onlardan 10 nəfər qərardan şikayət edib və yalnız 4 nəfər apellyasiyada uğur qazanaraq ABŞ vizası ala bilib.
Viza alanlar arasında komandanın texniki heyətində analitik vəzifəsində çalışan bir əməkdaş və federasiyanın beynəlxalq şöbəsinin iki əməkdaşı da var.
16:25 14.06.2026
Oxunuş sayı: 60