Azərbaycan klubundan Ermənistan klubuna transfer: Enrike artıq ‘Alashkert’də
Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” klubundan ayrılan futbolçu Sezar Enrike Ermənistan klubuna transfer olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, futbolçu Ermənistanın “Alashkert” klubu ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Enrike yaxın günlərdə “Şamaxı”dan ayrılmışdı və artıq karyerasını Ermənistan çempionatında davam etdirəcək.
16:17 14.06.2026
Oxunuş sayı: 47