Paşinyan Trampı təbrik edib, onu böyük lider və yaxın dost adlandırıb
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampı yubileyi münasibətilə təbrik edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paşinyan təbrik mesajında Trampı böyük lider və yaxın dost kimi xarakterizə edib, həmçinin Vaşinqtonda keçirilmiş tarixi sammitdə ABŞ prezidentinin rolunu xatırladıb.
Baş nazir əlavə edib ki, Tramp administrasiyası ilə gələcəkdə daha tarixi razılaşmaların imzalanacağına ümid edir.
Qeyd edək ki, Donald Tramp 80 yaşını qeyd edir.
16:01 14.06.2026
Oxunuş sayı: 64