Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
15 iyun - Milli Qurtuluş Günü münasibətilə və “İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
Crossmedia.az xəbər verir ki, Vəkillər Kollegiyasından verilən məlumata görə, Bakı şəhəri 7 saylı Vəkil Bürosu, Bakı şəhəri 17 saylı Vəkil Bürosu, “LCG” Vəkil Bürosu, “Presedent” Vəkil Bürosu, Gəncə Regional Vəkil Bürosu, Şəki Regional Vəkil Bürosu, Şirvan Regional Vəkil Bürosu, Mingəçevir şəhər Vəkil Bürosu, Göygöl rayon Vəkil Bürosu, Qəbələ rayon Vəkil Bürosu, Cəlilabad rayon Vəkil Bürosu və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının üzvləri vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər.
“Açıq qapı” günü çərçivəsində vəkillər tərəfindən 100-ə yaxın vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.
15:45 14.06.2026
Oxunuş sayı: 50