Tehran ABŞ-la memorandumun imzalanması barədə yekun qərar verməyib
İranın paytaxtı Tehranda ABŞ ilə nəzərdə tutulan memorandumun imzalanması ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, Fars agentliyinin yaydığı məlumata görə, sənəd hazırda müzakirə və qiymətləndirmə mərhələsindədir. Məlumatda qeyd olunur ki, İran tərəfi memorandumun mətnini hələ təsdiqləməyib və yekun razılıq əldə olunmayıb.
İran rəsmiləri də daha əvvəl mümkün ABŞ–İran razılaşması ilə bağlı son qərarın ölkənin səlahiyyətli qurumları tərəfindən veriləcəyini vurğulayıblar. Bununla yanaşı, danışıqların davam etdiyi və sənəd üzərində iş aparıldığı bildirilir.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında mümkün razılaşmanın imzalanacağı barədə müxtəlif məlumatlar yayılsa da, Tehran hələlik bununla bağlı rəsmi yekun mövqe açıqlamayıb.
14:57 14.06.2026
Oxunuş sayı: 64