Şəhərlərin gələcəyi kitabların arasında müzakirə olundu
Şəhər Kitabxanası Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ən ilhamverici, faydalı məkanlarından biri olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Şəhər Kitabxanası sakit və səmimi bir mühitdə bilik, düşüncə və şəhər təfəkkürünü bir araya gətirən WUF13-ün ən ilhamverici məkanlarından biri idi", - paylaşımda bildirilib.
Qeyd olunub ki, kitabxana iştirakçılara fasilə vermək, ideyaları kəşf etmək və müzakirələrdən kənarda Forumun əsas mövzuları ilə əlaqə qurmaq üçün bir məkan təqdim edirdi.
14:10 14.06.2026
Oxunuş sayı: 56