ABŞ rəsmisi: İranla razılaşmanın əsas çərçivəsi formalaşıb
ABŞ hökumətinin yüksək vəzifəli nümayəndəsi Vaşinqtonun İranla uzunmüddətli razılaşmanın əsas parametrləri üzrə razılığa yaxın olduğunu düşündüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə yüksək vəzifəli nümayəndə “Fox News”a açıqlamasında danışıb.
Rəsmisinin sözlərinə görə, müzakirə olunan mexanizm çərçivəsində İran Hörmüz boğazını dərhal və əlavə tranzit rüsumları tətbiq etmədən beynəlxalq gəmiçilik üçün açacaq. Bunun qarşılığında isə ABŞ İran limanlarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atacaq.
Mənbə diplomatik proseslə bağlı optimist mövqe nümayiş etdirərək tərəflər arasında prinsipial anlaşmanın əldə olunduğunu vurğulayıb.
“Biz hesab edirik ki, razılıq əldə olunub. Bu, çox güclü və olduqca əlverişli bir razılaşmadır”, – deyə ABŞ rəsmisi bildirib.
Qeyd edək ki, Vaşinqton və Tehran arasında aparılan danışıqlar son aylarda beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və mümkün razılaşmanın regionda gərginliyin azalmasına təsir göstərə biləcəyi ehtimal olunur.
12:53 14.06.2026
Oxunuş sayı: 48