Hüquqi terminlər yenilənir - “Arvad” sözü gündəmdən çıxarılır?
Son dövrlərdə ictimai və hüquqi müzakirələrdə dilin qanunvericilikdə necə əks olunması məsələsi yenidən gündəmə gəlib.
Xüsusilə, “arvad” sözünün hüquqi mətnlərdən çıxarılması ilə bağlı təkliflər cəmiyyətdə müxtəlif reaksiyalar doğurub. Bir qisim bunu dilin müasirləşdirilməsi və hüquqi terminologiyanın daha neytral formaya salınması kimi qiymətləndirir, digərləri isə məsələyə daha çox ənənəvi və mədəni kontekstdən yanaşır.
Qanunvericilik dili cəmiyyətin sosial reallıqlarını əks etdirdiyi üçün burada edilən hər bir dəyişiklik yalnız terminoloji deyil, həm də ictimai-psixoloji təsir yaradır. Bu baxımdan belə bir addıma həqiqətən ehtiyac varmı, yoxsa bu daha çox simvolik və ikinci dərəcəli bir müzakirədir?
Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov Crossmedia.az-a açıqlama verib:

“Sosial problemlər ortaya çıxdıqda, millət vəkillərində də müəyyən bir reaksiya yaranır ki, sanki bu mövzuda nəsə demək məcburiyyətində qalırlar.
Buna görə də məcbur olurlar ki, hansısa formada fikir bildirsinlər. Amma bu zaman da düzgün ifadə tapmaq onlar üçün çətin olur. Ona görə də başlayırlar belə sözlər deməyə, yəni sadəcə nəsə deyilsin deyə fikirlər ortaya atırlar. Sanki söz olsun deyə danışırlar, “filan kəs dedi”, “belə oldu” kimi ifadələr işlədirlər”.
Ayhan
15:20 26.05.2026
Oxunuş sayı: 54