İran: ABŞ-la birbaşa danışıqlar planlaşdırılmır
Pakistan ərazisində ABŞ-la birbaşa danışıqlar aparılması nəzərdə tutulmur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İran tərəfi böhrandan çıxış yollarını müzakirə etmək üçün Rusiyanın təkliflərini dinləmək məqsədilə Moskvaya səfər etməyi planlaşdırır.
Eyni zamanda, İran xarici işlər naziri Abbas Əraqçi Pakistanla ayrıca danışıqlar aparmaq üçün İslamabada gedib.
Mövcud böhranın həlli üçün Rusiyanın müəyyən təkliflərinin olduğu ehtimal edilir.
09:23 25.04.2026
Oxunuş sayı: 54