Abbas Əraqçi Pakistan rəsmiləri ilə danışıqlar aparmaq üçün İslamabada gedib
İran xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndələri ilə deyil, Pakistan rəsmiləri ilə danışıqlar aparmaq üçün İslamabada gedib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Əraqçinin ABŞ prezidentinin kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşləri planlaşdırılmayıb: o, yalnız İranın Pakistanla müharibənin sona çatması ilə bağlı mövqeyini müzakirə edəcək.
23:15 24.04.2026
Oxunuş sayı: 43