Antonio Kosta Aİ liderlərinə xəbərdarlıq edib
Əgər blok ABŞ prezidenti Donald Trampı izləyərsə və ona əsas qərarlar qəbul etmək səlahiyyətini verərsə, yoldan çıxacaq.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta Avropa İttifaqı(Aİ) liderlərinə xəbərdarlıq edib.
Məlumata görə, Kosta Avropa liderlərinə ABŞ-nin maraqlarının artıq Aİ-nin maraqları ilə üst-üstə düşməməsi faktını müzakirə etməkdən yayınmaq mümkün deyil.
Avropa Şurasının rəhbəri ABŞ-nin o vaxtkı Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək əməliyyatını, ABŞ-İsrail müharibəsini və Trampın Ukraynaya münasibətdəki mövqeyini Vaşinqtonun Aİ-dən fərqləndiyinə dair nümunələr kimi göstərib.
Mənbələr, həmçinin bildiriblər ki, Kosta təşkilatı özünütəşkil etməyə və maraqlarını qorumaq üçün müstəqil yanaşma inkişaf etdirməyə çağırıb.
02:40 25.04.2026
Oxunuş sayı: 40