ABŞ hərbçisi Maduroya görə həbs edilib
ABŞ xüsusi təyinatlı qüvvələrinin çavuşu Qannon Ken Van Dayk Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyatla bağlı mərc etdiyi üçün həbs olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Polimarket platformasında Maduroya qarşı mümkün əməliyyat üzrə təxminən 34 min dollar mərc edib və 400 min dollardan çox qazanc əldə edib.
Bildirilir ki, hərbçi dekabrın sonu ilə yanvarın əvvəli arasında ümumilikdə 13 mərc edib və sonuncusu əməliyyatdan bir neçə saat əvvəl yerləşdirilib.
O, məxfi məlumatlardan sui-istifadə də daxil olmaqla beş maddə ilə ittiham olunur və 60 ilə qədər həbs cəzası ilə üzləşə bilər. Polimarket isə şübhəli fəaliyyəti aşkar etdiyini və məlumatları hüquq-mühafizə orqanlarına ötürdüyünü açıqlayıb.
18:02 24.04.2026
Oxunuş sayı: 52