Zalujnı: Bu cəfəngiyatdır
Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı bildirib ki, Rusiyanın logistikaya endirdiyi zərbələr Ukraynanın hücum əməliyyatlarına hazırlığını ciddi şəkildə çətinləşdirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu cür zərbələr hücum üçün lazım olan zərbə qüvvələrinin formalaşdırılmasını faktiki olaraq mümkünsüz edir.
Zalujnı bu fikirləri Kiyevdə Sergey Nijni adına Dövlət İdarəçiliyi Məktəbində tələbələr qarşısında çıxışı zamanı səsləndirib. Çıxış məktəbin YouTube kanalında yayımlanıb.
Keçmiş baş komandan bəzi siyasətçilərin ərazilərin guya tezliklə azad ediləcəyi ilə bağlı açıqlamalarını cəfəngiyyat adlandırıb. O vurğulayıb ki, aktiv hücum əməliyyatları davamlı sursat və ərzaq təchizatı olmadan mümkün deyil.
17:07 24.04.2026
Oxunuş sayı: 49