ABŞ İran rəsmilərinə zərbə endirəcək - SİYAHI
ABŞ-nin bəzi İran rəsmilərinə qarşı birbaşa zərbələr endirməyi müzakirə etdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu addım danışıqlara mane olan və ya gərginliyi artırdığı düşünülən şəxslərə qarşı yönələ bilər.
Mümkün hədəflər arasında İran İnqilab Keşikçiləri Korpusu komandanı Əhməd Vəhidi də var. Siyahıda həmçinin Yəhya Rəhim Səfəvi, Məhəmməd Zülqədr və Möhsün Rzayi kimi yüksək vəzifəli şəxslərin adı çəkilir.
Hazırda bu məsələ ilə bağlı yekun qərarın verilmədiyi bildirilir.
16:23 24.04.2026
Oxunuş sayı: 58