İslamabadda həyat dayanıb: ABŞ–İran sülh görüşü gözlənilir
Pakistanın paytaxtı İslamabadda son günlər ciddi məhdudiyyətlər və gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunur.
Crossmedia.az xəbər verir ki, "Reuters" xəbər agentliyinin məlumatına görə, hakimiyyət orqanları mümkün ABŞ–İran sülh danışıqlarının baş tuta biləcəyi ehtimalı fonunda şəhərdə nəqliyyat və hərəkət məhdudiyyətlərini sərtləşdirib.
Bildirilib ki, paytaxtda əsas yollar bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Şəhərə ərzaq və digər zəruri məhsulların daşınmasında yaranan məhdudiyyətlər səbəbindən bəzi bazarlarda qıtlıq müşahidə olunur.
Məlumata görə, təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi mümkün yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən ABŞ Prezidenti Donald Trampın səfəri ehtimalı ilə əlaqələndirilir. Rəsmilər vəziyyətə uyğun olaraq tədbirlərin davam etdiriləcəyini bildiriblər.
16:38 24.04.2026
Oxunuş sayı: 47