İsrail Hizbullah infrastrukturuna zərbələr endirəcəyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri Hizbullah infrastrukturuna qarşı zərbələr endirəcəyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, dünən Hizbullahın Ştula istiqamətində həyata keçirdiyi raket hücumlarına cavab olaraq, İsrail ordusu Livanın cənubunda yerləşən Herbet Selem və Tulin bölgələrində əməliyyat keçirib.
Bildirilib ki, zərbələr İsrail əsgərlərinə qarşı hücumların planlaşdırılması və icrası üçün istifadə olunduğu iddia edilən Hizbullah hərbi obyektlərini hədəf alıb.
15:43 24.04.2026
Oxunuş sayı: 58