İran rəsmisi: Səudiyyə Ərəbistanının neft obyektləri hədəf siyahısına salındı
İran Səudiyyə Ərəbistanının neft obyektlərinə mümkün zərbələrlə bağlı sərt xəbərdarlıq edib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
İranın vitse-prezidenti İsmayıl Səqhab Əsfəhani bildirib ki, ölkənin neft infrastrukturuna hər hansı hücum cavabsız qalmayacaq və Səudiyyə Ərəbistanının enerji obyektləri də hədəfə çevrilə bilər.
Məlumata görə, o, "hədəf siyahımız aydındır” ifadəsini işlədərək, ölkənin neft yataqlarına ediləcək istənilən zərbəyə qarşı eyni və ya daha genişmiqyaslı cavab veriləcəyini qeyd edib.
Əsfəhani həmçinin İranın cavab strategiyasının mərhələli xarakter daşıdığını, vəziyyətin gedişatından asılı olaraq eskalasiyanın daha da arta biləcəyini vurğulayıb.
15:15 24.04.2026
Oxunuş sayı: 53