"Roskomnadzor" rəhbərliyinə qarşı terror planı İFŞA OLUNDU
Moskvada Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyaların Nəzarəti Xidməti (Roskomnadzor) rəhbərliyinə qarşı planlaşdırıldığı iddia edilən terror aktının qarşısı alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hüquq-mühafizə orqanları hazırlanan hücum planını vaxtında aşkarlayaraq mümkün təhlükənin həyata keçirilməsinə imkan verməyib. Hadisə ilə bağlı araşdırma aparılır, şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Rəsmi qurumlar hadisə barədə əlavə məlumatların istintaqın gedişindən sonra açıqlanacağını bildiriblər.
15:07 24.04.2026
Oxunuş sayı: 57