ABŞ bu raket üçün milyardla dollar ayırdı
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) 785 ədəd “Tomahawk” qanadlı raketinin tədarükü üçün təxminən 3 milyard dollar vəsait tələb edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yeni sifariş ABŞ-nin uzunmənzilli dəqiq zərbə imkanlarını gücləndirmək və mövcud ehtiyatları artırmaq məqsədi daşıyır. Layihə çərçivəsində istehsal və təchizat zəncirinin sürətləndirilməsi də planlaşdırılır.
Hərbi ekspertlər bu addımı Vaşinqtonun qlobal hərbi güc balansında mövqeyini möhkəmləndirmə cəhdi kimi qiymətləndirirlər.
14:53 24.04.2026
Oxunuş sayı: 71