İran ABŞ-nin niyə atəşkəs istədiyini açıqlayıb
Tehran düzgün planlaşdırma və hazırlıq sayəsində asimmetrik müharibədə düşməni dəf edə bilib.
Crossmedia.az xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf xalqa televiziya ilə müraciətində deyib.
O, İranın hərbi güc, maliyyə və texniki imkanlar baxımından ABŞ-dən obyektiv olaraq geridə qaldığını, lakin bunun döyüş meydanında həlledici amil olmadığını bildirib.
Qalibaf vurğulayıb ki, resurslara malik olmasına baxmayaraq, düşmən strateji səhvlərə yol verib.
"Onlar strateji qərarlarında səhv edirlər və hərbi planlaşdırmalarında səhv etdikləri kimi, xalqımızı da səhv qiymətləndirirlər", - deyə, o bildirib.
Qalibaf, həmçinin qiymətləndirmələrdə təmkinli olmağa çağıraraq, uğurlara baxmayaraq, düşmənin hərbi potensialının tamamilə məhv edildiyini iddia etməyin səhv olacağını vurğulayıb.
"Döyüş meydanında üstünlüyümüz var və Donald Tramp məhz buna görə atəşkəs istəyir", - deyə o əlavə edib
12:22 19.04.2026
Oxunuş sayı: 47