Prezidentdən sərt ittiham: Tramp yeni bir BMT yaratmağa cəhd edir
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva həmkarı Donald Trampın İsveçrədə “Sülh Şurası” adlı yeni təşəbbüsünü elan etməsinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Belə ki, o Trampın bu təşəbbüsünü tənqid edərək, onun faktiki olaraq yeni bir BMT yaratmağa çalışdığını deyib.
Qeyd edək ki, Lulanın açıqlamaları onun bir gün əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı aparmasından sonra səslənib.
Si Cinpin Braziliya liderini beynəlxalq münasibətlərdə BMT-nin “mərkəzi rolunu” qorumağa çağırıb.
Turqut Ansari
17:15 24.01.2026
Oxunuş sayı: 477