Ukrayna XİN rəhbəri: Putinin seçimi sülh deyil, müharibədir
Rusiyanın gecə həyata keçirdiyi hücum Rusiya Prezidenti Vladimir Putinin sülh danışıqlarını deyil, müharibəni seçdiyini açıq şəkildə göstərir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sbiqa bildirib.
Ukraynanın xarici işlər naziri vurğulayıb ki, Putinin yeri danışıqlar masasında yox, beynəlxalq tribunal qarşısındadır. Onun sözlərinə görə, Rusiyanın hücumları diplomatik çağırışlara ziddir və münaqişənin eskalasiyasına xidmət edir.
15:53 24.01.2026
Oxunuş sayı: 537