Əbu-Dabi danışıqları nəticəsiz qaldı
Əbu-Dabidə keçirilən danışıqlarda tərəflər razılığa gələ bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" Ukraynada bu gün baş verən hava zərbələrini əsas götürərək məlumat yayıb.
Agentliyin məlumatına görə, Kiyev sülh razılaşmasına nail olmaq üçün ABŞ-nin artan təzyiqi altındadır. Eyni zamanda Rusiya bütün Donbas üzərində nəzarətdə israr edir, Ukrayna isə ərazi güzəştlərini qəti şəkildə rədd edir.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri yanvarın 23-də axşam saatlarında Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin qapalı görüşündən fotolar yayımlayıb. Bu, 2025-ci ilin iyulundan bəri Rusiya və Ukrayna rəsmilərinin danışıqlar üçün yenidən eyni otaqda toplaşdığı ilk haldır.
Yayımlanan fotoşəkillərdə görüşün aparıcısı, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kostyukov, ABŞ nümayəndəsi Cared Kuşner, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff və Ukrayna prezidentinin ofisinin rəhbəri Kirilo Budanov yer alıb.
Bununla belə, Ağ Evin sözçüsü danışıqları “məhsuldar” kimi dəyərləndirib.
14:29 24.01.2026
Oxunuş sayı: 441