ABŞ bu ölkəyə 15 dəqiqə vaxt verib
ABŞ Prezident Nikolas Maduronun oğurlanmasından dərhal sonra Venesuelanın yeni rəhbərliyi ilə əlaqə saxlayıb və əməkdaşlığa razılıq vermələri üçün 15 dəqiqə vaxt tanıyıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Venesuela hökumətinin yüksək rütbəli rəsmisi Delsi Rodriqes deyib.
Rodriqes bu açıqlamanı hökumətin iclasında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, hadisədən dərhal sonra Venesuela daxili işlər naziri ilə birbaşa əlaqə yaradılıb və Vaşinqtondan mesaj ötürülüb.
Rəsmi bildirib ki, bu addım Venesuelaya qarşı təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
13:37 24.01.2026
Oxunuş sayı: 477