Gecə saatlarında Rusiya Kiyevin enerji təchizatını kəsməyə cəhd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko bildirib.
Onun sözlərinə görə, Kiyev və ətraf bölgə, eləcə də Xarkov pilotsuz uçuş aparatları, qanadlı və ballistik raketlərlə hədəfə alınıb.
Kiyev meri Vitali Kliçkonun açıqlamasına görə, hücumdan sonra təxminən 6 min ev istiliksiz qalıb ki, bu da şəhərin demək olar yarısına yaxındır.
Ukrayna Hərbi Hava Qüvvələri əsas hədəfin Kiyev bölgəsi olduğunu təsdiqləyib və gecə ərzində kombinə edilmiş zərbə qeydə alındığını bildirib. Məlumata görə, ümumilikdə 396 raket və PUA buraxılıb. Onların sırasında:
-
2 ədəd “Tsirkon” gəmiəleyhinə raket (tutma barədə məlumat yoxdur),
-
12 ədəd Kh-22/Kh-32 qanadlı raket (9-u vurulub),
-
6 ədəd “İskəndər-M/S-300” ballistik raketi (5-i vurulub),
-
1 ədəd Kh-59/69 idarə olunan raket (vurulub),
-
375 ədəd hücum PUA-sı (35-i vurulub) yer alıb.
Hücum paytaxta qarşı strateji aviasiyanın, o cümlədən Kh-22/Kh-32 raketlərinin tətbiqi ilə səciyyələnib. İlkin məlumatlara əsasən, 2 raket və 18 PUA-nın 17 fərqli nöqtəyə düşdüyü, dağıntıların isə 12 ərazidə qeydə alındığı bildirilir. Daha 4 raketlə bağlı məlumatlar dəqiqləşdirilir. Səmada hələ də bir neçə PUA-nın olduğu və hücumun davam etdiyi qeyd olunub.