Yəməndə fəaliyyət göstərən Ənsarullah hərəkatı ABŞ-yə birbaşa xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hərəkatın rəsmi nümayəndəsi Yəhya Sari bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyata başlayarsa, “Ənsarullah” qüvvələri regionun müxtəlif nöqtələrində Amerika gəmilərinə zərbələr endirəcək.
Sari vurğulayıb ki, bu addım mümkün hərbi toqquşma zamanı münaqişənin genişlənməsinə və yeni cəbhələrin açılmasına səbəb ola bilər. Onun sözlərinə görə, Yəməndəki qüvvələr regionda baş verən prosesləri yaxından izləyir və İrana qarşı hücum cavabsız qalmayacaq.