Suriya–İraq sərhədində yerləşən Əl-Yarubiyyə bölgəsindən İraq ərazisinin dərinliklərinə doğru uzanan və qanunsuz sərhəd keçidləri üçün istifadə edilən tunellər Suriya əsgərləri tərəfindən aşkar edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, tunellərin SDQ ilə əlaqəli bölmələr tərəfindən qazıldığı ehtimal olunur. Bildirilir ki, tunellər əsasən qeyri-qanuni keçid və logistika məqsədləri üçün istifadə edilib.
Qeyd olunur ki, Rabia sərhəd keçid məntəqəsi Sincar dağı yaxınlığında yerləşdiyindən, bu tunellərin YBS (Şengal Müqavimət Birlikləri) tərəfindən qazılıb istifadə edildiyi ehtimalı irəli sürülür.
Xatırladaq ki, YBS qüvvələri İraqın Sincar bölgəsində yaşayan kürdlərdən formalaşmış silahlı dəstələr kimi tanınır. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.