İtaliya Avropaya çağırış etdi
İtaliyanın Baş naziri Corca Meloni bildirib ki, Avropa qarşısında fundamental seçim dayanır: ya öz taleyini öz əlinə almalı, ya da baş verənlərə sadəcə dözməklə kifayətlənməlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İtaliyanın Baş nazirinin sözlərinə görə, mövcud çağırışlar fonunda böhranları fürsətə çevirmək üçün Avropanın aydın mövqeyə, siyasi cəsarətə və məsuliyyətə ehtiyacı var. Meloni vurğulayıb ki, bütün bunların mərkəzində isə ən vacib amil – zəka və strateji düşüncə dayanmalıdır.
09:40 24.01.2026
Oxunuş sayı: 590