İrəvan Moskvaya yaxınlaşır? Simonyanın səfəri öncəsi kritik danışıq
Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya səfəri 5–6 fevral tarixlərində baş tutacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.
Məlumata görə, Alen Simonyan səfər ərəfəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.
Danışıq zamanı səfərin təşkili ilə bağlı texniki məsələlər müzakirə edilib.
Telefon söhbətində, eyni zamanda, Ermənistan–Rusiya ikitərəfli münasibətlərinin gündəliyində duran əsas mövzulara toxunulub.
Səfər çərçivəsində parlamentlərarası əməkdaşlıq və regional məsələlərin də müzakirə olunacağı gözlənilir.
21:15 23.01.2026
Oxunuş sayı: 491