Türkiyə Ordusunda qalmaqal: Qovulan leytenant işini geri qazandı
Türkiyə Silahlı Qüvvələrindən qovulan beş leytenantdan biri olan Dəniz Dəmirtaşla bağlı məhkəmə prosesi başa çatıb.
Crossmedia.az xəbər verir ki, məhkəmə qovulma qərarını qanunsuz hesab edərək onu ləğv edib.
Qərara əsasən, Dəmirtaşa TSK-dan uzaqlaşdırıldığı dövrdə itirdiyi bütün maddi qazanc, üstəgəl faizləri ilə birlikdə ödənilməlidir.
Bu qərar oxşar vəziyyətdə olan digər hərbçilərin işlərinə də presedent yarada biləcəyi ehtimal olunur.

20:50 23.01.2026
Oxunuş sayı: 492