Putin atom bombasından daha əhəmiyyətli “silahın” adını açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin Moskva Fizika və Texnologiya İnstitutunda tələbələrlə görüşdə genetikanın əhəmiyyətini vurğulayıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
O bildirib ki, bəziləri genetikanı atom bombasının ixtirasından belə daha təhlükəli və əhəmiyyətli hesab edir.
Putin qeyd edib ki, Rusiya bu sahədə geri qalmamalıdır, əksinə irəlidə olmalıdır.
Dövlət başçısı tələbələrə uğurlar arzulayaraq genetika sahəsində elmi işlərin vacibliyini və tam müstəqilliyin zəruriliyini qeyd edib.
O, toxumçuluğun xüsusi əhəmiyyətini də vurğulayaraq bildirib: “Bizim görüləsi işlər var”. Genetika sahəsində aparılacaq tədqiqatların gələcəkdə ölkənin elmi və təhlükəsizlik potensialı üçün əsas olacağı nəzərdə tutulur.
19:17 23.01.2026
Oxunuş sayı: 616