Rusiya Yapon dənizində strateji təyyarələri ilə güc nümayiş etdirdi
Rusiyanın Tu-95MS strateji raket daşıyan bombardmançı təyyarələri Yapon dənizinin neytral suları üzərində planlaşdırılmış uçuş həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.
Nazirlik bildirir ki, uçuş 11 saatdan çox davam edib. Rusiyanın Uzaq mənzilli aviasiyasına aid təyyarələr Su-35S və Su-30SM qırıcıları tərəfindən dəstəklənib.
Bu əməliyyat Rusiya Aerokosmik Qüvvələrinin strateji uçuş bacarıqlarını nümayiş etdirmək və regionda hərbi hazır vəziyyəti qorumaq məqsədilə həyata keçirilib.
21:33 21.01.2026
Oxunuş sayı: 954