Suriyada İŞİD məhbusları üçün ABŞ əməliyyatı: Kütləvi köçürmə başlayıb
ABŞ ordusu Suriyadakı İŞİD məhbuslarını İraqa köçürmək üçün yeni əməliyyata başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat verib.
Məlumata görə, əməliyyat çərçivəsində bu gün 150 İŞİD üzvü artıq İraqa köçürülüb.
Ümumilikdə 7 minə yaxın məhbusun Suriyadan İraqa transfer olunması nəzərdə tutulur.
21:26 21.01.2026
Oxunuş sayı: 939