Dünyanın ən güclü orduları açıqlanıb: Azərbaycan Qafqaz lideridir
“Global Fire Power” 2025-ci il üçün dünyanın ən güclü ordularının siyahısını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ümumilikdə 145 ölkə qiymətləndirilib.
Siyahıya görə, Azərbaycan Qafqazda lider olaraq 60-cı yerdə qərarlaşıb. Ermənistan 91-ci, Gürcüstan isə 94-cü pillədədir.
Hindistan 4-cü, Türkiyə 9-cu, İsrail 15-ci, İran isə 16-cıdır.
Dünyanın ən güclü orduları sırasında ilk üçlükdə ABŞ, Rusiya və Çin durur.
19:53 21.01.2026
Oxunuş sayı: 846