Serbiya prezidenti: Növbəti il bu ildən daha pis olacaq
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, gələcək perspektivlər onu narahat edir və növbəti ilin cari ildən daha çətin olacağını düşünür.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Vuçiç çıxışında vurğulayıb: “Uzun illərdir Davosda iştirak edirəm, amma insanların bu qədər narahat olduğunu heç vaxt görməmişəm. Heç kim gülümsəmir, çünki sabahın nə gətirəcəyini heç kim bilmir.”
Prezident həmçinin iqtisadi və qlobal vəziyyətin qeyri-müəyyənliyinə toxunaraq, bu narahatlığın insanların gündəlik həyatına və qərarvermə proseslərinə təsir etdiyini qeyd edib.
19:40 21.01.2026
Oxunuş sayı: 938