Suriya Müdafiə Nazirliyi SDF-ni ittiham etdi: Mülki şəxslər hədəfdə
Haseke əyalətində Suriya Demokratik Qüvvələri (SDF) atəşkəsi pozub
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat verib.
Nazir Murhaf Əbu Qasra bildirib ki, atəşkəs elan edildikdən cəmi 24 saat sonra SDF özbaşına mülki şəxslərin həbsinə başlayıb.
Nazirin sözlərinə görə, kütləvi həbslər atəşkəsi birbaşa təhdid edir və dərhal dayandırılmalıdır. Saxlanılan bütün mülki şəxslərin azad olunması tələb olunur.
Eyni zamanda, SDF/YPG tərəfindən Hasekedəki Suriya ordusu bölmələrinə intiharçı pilotsuz təyyarə hücumlarının da qeydə alındığı bildirilib.
Müdafiə Nazirliyi bütün tərəfləri atəşkəsə riayət etməyə çağırıb və bölgədə vəziyyətin gərgin olaraq qalmağa davam etdiyini qeyd edib.
19:26 21.01.2026
Oxunuş sayı: 882