Trampın elçisi və kürəkəni sabah Moskvada: Putinlə kritik görüş
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və Amerika liderinin kürəkəni Cared Kuşner sabah Rusiyaya səfər edəcək
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, həmin gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Məlumatı Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib.
Stiv Uitkof bildirib ki, son həftələr ərzində Ukrayna münaqişəsinin həlli istiqamətində böyük irəliləyiş qeydə alınıb. Bununla belə, o, ərazi məsələlərinin hələ də əsas maneə olaraq qaldığını vurğulayıb.
Görüşün Ukrayna böhranının gələcək taleyi və mümkün diplomatik razılaşmalar baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunur.
18:49 21.01.2026
Oxunuş sayı: 887