Ərdoğandan Qəzza mesajı: Türkiyə Sülh Şurasında iştirak edəcək
Davosda keçiriləcək Qəzza üzrə Sülh Şurasının iclasında Türkiyəni xarici işlər naziri Hakan Fidanın təmsil edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Ərdoğan Türkiyənin bu təşəbbüsdə iştirak etməyə razılıq verdiyini təsdiqləyərək bildirib ki, Ankara Qəzza böhranının həlli və bölgədə davamlı sülhün təmin olunması istiqamətində beynəlxalq səylərə töhfə verməyə hazırdır.
Prezident vurğulayıb ki, Türkiyə humanitar atəşkəsin möhkəmləndirilməsi, mülki əhalinin qorunması və siyasi həll yolunun tapılması üçün diplomatik fəaliyyətlərini davam etdirəcək.
Davosda keçiriləcək iclasın Qəzza ilə bağlı beynəlxalq koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli platforma olduğu qeyd olunur.
18:40 21.01.2026
Oxunuş sayı: 1154