İrana genişmiqyaslı əməliyyat potensialı: Tramp göstəriş verdi
ABŞ prezidenti Donald Tramp İrana qarşı birbaşa hərbi əməliyyat qərarı verməsə də, köməkçilərinə Tehrana qarşı “həlledici hərbi variantlar” hazırlamağı tapşırıb.
Crossmedia.az bu barədə "Wall Street Journal"-a istinadən xəbər verir.
Qəzet bildirir ki, Tramp ötən həftə İrana birbaşa hücumdan imtina edib.
Ancaq eyni zamanda Yaxın Şərqdə ABŞ hərbi mövcudluğunun sürətlə gücləndirilməsinə göstəriş verib. Hazırda regiona təyyarədaşıyan döyüş gəmisi və bir neçə qırıcı təyyarə göndərilib.
Məlumata görə, bu hərbi texnikanın yerləşdirilməsi ABŞ qüvvələrinin bölgədə kütləvi şəkildə artırılmasının başlanğıcı ola bilər.
Tramp qərar verdiyi təqdirdə İrana qarşı genişmiqyaslı əməliyyatlar üçün lazımi atəş gücü təmin edə bilər.
18:10 21.01.2026
Oxunuş sayı: 1329