Ermənistan və Azərbaycan elektrik enerjisi idxal-ixracına başlayacaq?
Ermənistanın Baş Naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın enerji sistemlərinin inteqrasiyasının mümkünlüyünü açıqlayıb.
Crossmedia.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Paşinyan bu barədə Milli Məclisdə keçirilən “Hökumət Saatı” zamanı çıxış edib. O, müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryanın TRIPP layihəsinin işə salınması ilə bağlı sualını cavablandırarkən bildirib ki, tərəflər arasında enerji sahəsində əməkdaşlıq perspektivi mövcuddur.
Baş nazirin sözlərinə görə, inteqrasiya baş tutacağı təqdirdə Ermənistan və Azərbaycan qarşılıqlı olaraq elektrik enerjisi idxal və ixrac edə biləcəklər. Paşinyan qeyd edib ki, bu cür əməkdaşlıq regional enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqtisadi səmərəliliyin artmasına töhfə verə bilər.
Məsələ ilə bağlı rəsmi Bakıdan hələlik açıqlama verilməyib.
18:05 21.01.2026
Oxunuş sayı: 1145