Tramp Davos Forumunda ABŞ-nin gücünü göstərdi: Biz yıxılanda dünya da yıxılır
ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda Amerika Birləşmiş Ştatlarının qlobal iqtisadiyyat üçün rolunu vurğulayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Tramp bildirib ki, ABŞ planetin iqtisadi mühərrikidir və ölkə çiçəklənəndə bütün dünya da çiçəklənir: “Tarix göstərir ki, Amerika əziyyət çəkəndə bütün dünya əziyyət çəkir. Biz yıxılanda siz də bizimlə birlikdə yıxılırsınız. Biz yüksələndə siz də bizimlə birlikdə yüksəlirsiniz.”
Prezident əlavə edib ki, o Avropanın inkişafını istəyir, lakin qitə yanlış istiqamətdə irəliləyir.
17:52 21.01.2026
Oxunuş sayı: 1179