Peskov Putin və Uitkofun görüşəcəyini təsdiqləyib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof Rusiya Prezidenti Vladimir Putinlə yanvarın 22-də görüş keçirməyi planlaşdırdıqlarını açıqlayıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında görüşün Vladimir Putinin rəsmi iş qrafikində yer aldığını təsdiqləyib.
Uitkof qeyd edib ki, yaxın günlərdə Moskvaya səfər edəcək. Onun sözlərinə görə, son dövrlərdə Ukrayna ilə bağlı məsələlərin həlli istiqamətində müəyyən irəliləyiş əldə olunub.
Eyni zamanda, ABŞ nümayəndələrinin Ukrayna tərəfi ilə də görüş keçirməyi planlaşdırdığı bildirilir.
Fatimə Məmmədova
17:24 21.01.2026
Oxunuş sayı: 1375