İranda Silahlı Qüvvələr tam döyüş hazırlığına keçdi
İranın İnqilab Keşikçiləri Korpusunun (İKK) müavini Əhməd Vahidi bildirib ki, ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Crossmedia.az bu barədə Tasnim agentliyinə istinadən xəbər verir. Vahidi bildirib ki, İslam Respublikasının Silahlı Qüvvələrinin imkanları mükəmməldir və onlar maksimum hazırlıq vəziyyətindədir.
İranda etirazlar 29 dekabr 2025-ci ildə rialın kəskin dəyər itirməsi ilə başlayıb və ölkənin böyük şəhərlərinə yayıldı. İran hakimiyyəti iddia edir ki, etirazçılar arasında silahlı terrorçular da iştirak edib və onların arxasında İsrail və ABŞ dayanır.
Sevinc Yarməmmədova
17:08 21.01.2026
Oxunuş sayı: 1344