Müxalif yepiskoplar Avstriyada keçiriləcək Arxiyerey Soboruna etiraz edib
Erməni Kilsəsinin müxalif yepiskopları Avstriyada 16–19 fevral tarixlərində keçirilməsi planlaşdırılan Arxiyerey Soborunun ləğvini tələb edən bəyanat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bəyanatda qeyd olunur ki, episkoplar baş nazir Nikol Paşinyanı dəstəkləyərək, II Garegin ilə kilsə rəhbərliyi arasında gedən qarşıdurmanın həllinə real yolların tapılmasını tələb edirlər. Onlar digər din xadimlərinə də çağırış edərək, bu “macərada” iştirak etməməyə çağırıblar.
Müxalif yepiskoplar bildiriblər ki, problemlərin əsas səbəbi kilsədə vahid səlahiyyətli, qanuni prinsiplərdən uzaq və islahatlara davamlı şəkildə qarşı duran idarəetmədir. Bəyanatda vurğulanır: “Səbəbi başqa yerdə axtarmayın.”
Hadisə erməni kilsəsi və dövlət arasında uzunmüddətli gərginliyi göstərir və ölkədə dini və siyasi qüvvələr arasında qarşıdurmanın davam etdiyini ortaya qoyur.
Sevinc Yarməmmədova
16:34 21.01.2026
Oxunuş sayı: 1142