Erməni nazirdən gözlənilməz ETİRAF: Azərbaycanın göndərdiyi məhsullar...
“Tramp marşrutu” layihəsinin Ermənistanın ÜDM-ə nə dərəcədə təsir edəcəyini söyləməkdə çətinlik çəkirəm, məsələn, nazirlik Azərbaycan və Türkiyə ilə proseslərin iqtisadi inkişafa təsirini də hesablamamışdı.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan deyib.
“Azərbaycandan dizel yanacağının idxalı, eləcə də maye qazın mümkün idxalı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Hazırda investisiyanın həcmi və ya “Tramp marşrutu”nun mümkün təsiri barədə məlumatım yoxdur, çünki bu, dizayn mərhələsindədir və ya tamamlandıqdan sonra məlum olacaq”, - deyə nazir vurğulayıb.
Keçən ilin dekabrında onilliklər ərzində ilk dəfə olaraq Ermənistana Azərbaycan benzininin partiyası gəlib – Gürcüstan vasitəsilə 1200 ton neft məhsulları daşınıb. Yanvarın əvvəlində isə Azərbaycan neft məhsullarının yeni partiyasını – 6100 ton benzin və 1500 ton dizel yanacağı göndərib. (Publika.az)
16:33 21.01.2026
Oxunuş sayı: 1368