Rusiya işçilərin izlənməsini rəqəmsallaşdırır – “Max” messenceri istifadəyə verilir
Rusiya Əmək Nazirliyi İş Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb. Qanun layihəsinə əsasən, 1 sentyabrdan etibarən işçilər və işəgötürənlər arasında elektron ünsiyyət üçün “Max” messencerindən istifadə ediləcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Qanuna görə, “Max” messencerinə işəgötürənlərin informasiya sistemləri və “Rusiya İş Platforması” qoşula biləcək. Məqsəd işçilərin fəaliyyətini izləmək və işçi-işəgötürən ünsiyyətini rəqəmsal müstəvidə təmin etməkdir.
Mənbələr bildirir ki, bu addım Rusiya üzrə işçi idarəçiliyində yeni dövrün başlanğıcı ola bilər və işçilərin gündəlik fəaliyyətinə dair məlumatların mərkəzləşdirilmiş formada toplanmasını mümkün edəcək.
Sevinc Yarməmmədova
16:30 21.01.2026
Oxunuş sayı: 921