Ölümcül yol qəzasında uşaq həlak oldu - Sürücü cəzasız qaldı
Tıva Respublikasında baş vermiş ölümcül yol qəzasında 11 yaşlı uşaq həlak olub, lakin qəzanın səbəbkarı real cəza almayıb. Sürücü 7 il həbs cəzasına məhkum edilsə də, müqavilə imzalayaraq orduya gedib və həqiqi cəza çəkməkdən yayınmışdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Hadisə zamanı uşaq bir neçə gün xəstəxanada həyat uğrunda mübarizə aparsa da, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, qəzanın səbəbkarı sürücülük vəsiqəsinə malik olmayıb və əvvəllər də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün bir neçə dəfə saxlanılıb.
Uşağın anasının müraciətləri və ictimai rezonans vəziyyəti dəyişdirməyib, və sürücü məsuliyyətdən qaça bilib. Hadisə ölkədə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə yol açıb.
Sevinc Yarməmmədova
16:15 21.01.2026
Oxunuş sayı: 1043