Sosial şəbəkələrdə Makronu ələ saldılar
Fransa Prezidenti Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumunda aviator eynəklərlə çıxışı sosial şəbəkələrdə böyük rezonans doğurub. Çıxışı zamanı Makronun gözü xəsarət aldığı üçün eynək taxdığı diqqət çəkib və istifadəçilər arasında meme-lər yaratmağa səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Sosial media istifadəçiləri prezidentin fərqli görünüşlərini ironiya ilə paylaşaraq, Makronun gözü yaralandıqda onu necə gizlədə biləcəyi ilə bağlı müxtəlif alternativlər təklif ediblər. Bu hadisə həm siyasi dairələrdə, həm də sosial media platformalarında geniş müzakirələrə yol açıb, istifadəçilər Makronun imicini yumorla əlaqələndiriblər.



Sevinc Yarməmmədova
15:56 21.01.2026
Oxunuş sayı: 981